Azərbaycan Premyer Liqası: ilk oyunlar, 9 qol
4 Avqust 2012 23:09 İdmanBu gün futbol üzrə Azərbaycan Premyer Liqasının 1-ci turunun oyunlarına start verilib. Azerisport.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının 1-ci turunun 3 oyunu başa çatıb. "Kəpəz" - "Turan", hesab - 1:2, "Sumqayıt" - AZAL, hesab - 2:2, "Simurq" - "Qəbələ", hesab 1:1.
SİMURQ - QƏBƏLƏ - 1:1 (0:1)
Qollar: Deyan Kelhar, 21 (0:1), İlkin Qırtımov, 66 (1:1).
Hakimlər: Elçin Məmmədov, Namiq Hüseynov, Nahid Əliyev, Fərid Məmmədov.
Zaqatala. Şəhər stadionu.
SİMURQ: 1. Dmitri Kramarenko, 2. İlkin Qırtımov, 3. Rasim Ramaldanov (k), 4. Dilaver Zrnanoviç, 5. Rüstəm Abbasov, 7. Ruslan Poladov, 9. Marçin Burkhard, 13. Aleksandr Şemonayev, 15. Stepan Polyak, 21. Murad Səttarlı, 79. Nenad Stoyanoviç.
Ehtiyat oyunçular: 99. Əyyub Əliyev, 18. Qafar Qafarov, 17. Rüstəm Məmmədov, 19. Nicat Qurbanov, 24. Mehman Məmmədov, 20. Rəşad Əyyubov, 8. Qədir İbrahimov.
QƏBƏLƏ: 25. Kosta Silva Dieqo, 3. Vurğun Hüseynov (k), 10. Luis Paulo Hilario, 11. Yannik Kamanan, 15. Kalabane Umar, 18. Aleksandr Çertoqanov, 21. Elmar Baxşiyev, 27. Rəşad Abdullayev, 34. Ürfan Abbasov, 84. Kelhar Deyan, 88. Nodar Məmmədov.
Ehtiyat oyunçular: 30. Anar Nəzirov, 8. Bruno Da Silva, 9. Viktor Mendi, 20. Rəşid Əmiraslanov, 22. Lorival Asis, 23. Şəhriyar Xəlilov, 45. Murad Musayev.
Oyun başladı
Polyakın qapıya zərbəsi çox təhlükəli alınsa da, qolla nəticələnmir
Ü.Abbasov sarı vərəqə ilə cəzalanır
Deyan Kelhar dəqiq zərbə ilə hesabı açır - 0:1
Stoyanoviç təhlükəli zərbə ilə yadda qalır
Dodonun zərbəsi qapının üstündən keçir
R.Abdullayevin uzaqdan zərbəsi çox təhlükəli olsa da, hədəfə düşmür
Meydan sahibləri artıq ilk dəqiqələrdəki kimi fəal deyillər
Burkhardın cərimə zərbəsi çox təhlükəli alınır
Birinci hissə başa çatdı
İkinci hissə başladı
Dodo daha bir qeyri-dəqiq zərbə ilə yadda qalır
Meydanda demək olar ki, bərabər oyun gedir
Fasilədən sonra meydana çıxan Q.İbrahimov sarı vərəqə ilə cəzalanır
Zaqatala klubu üstünlüyünü gücləndirsə də, qol vura bilmir
Çertoqanov qol vurmaq şansını əldən verir
"Simurq" üstünlüyü ələ aıb
İlkin Qırtımov künc zərbəsi zamanı topu tora qovuşdurur - 1:1
Kelhar dubla imza atmağa yaxın olsa da, zərbəsi dirəkdən qayıdır
84-cü dəqiqədə Ürfan Abbasov qırmızı vərəqə alaraq, qonaqları azlıqda qoyur
Matç başa çatdı