Avropa Liqasında 52 rəqib

Avropa Liqasına ilk iki mərhələdən başlayacaq Azərbaycan klublarının potensial rəqiblərindən 52-si müəyyənləşib. Apasport.az saytının məlumatına görə, artıq I təsnifat mərhələsinin 40, II təsnifat mərhələsinin 12 iştirakçısı dəqiqləşib.

İlk raundda mübarizə aparacaq 78 komandadan ikisi Azərbaycanı təmsil edəcək. Burada çıxışı dəqiqləşənlərdən 11-i səpələnmiş, 21-i səpələnməmişdir. Daha 8 klub isə püşk zamanı hansı səbətdə yer alacağını bilmir.

Azərbaycan kubokunun qalibi də daxil olmaqla, 41 komanda yarışa II təsnifat mərhələsindən qoşulacaq. Bu siyahıya düşən 12 klubun da səbətlərinə hələ aydınlıq gəlməyib.

I təsnifat mərhələsi

Səpələnmişlər

"Rusenborq" (Norveç), "Ekranas" (Litva), "Hafnarfyordur" (İslandiya), "Höteborq" (İsveç), "Şaxtyor" (Qazaxıstan), "Linfild" (Şimali İrlandiya), "Honka" (Finlandiya), "Sliqo Rovers" (İrlandiya), "Birkirkara" (Malta), "Vaduts" (Lixtünşteyn), "Şiroki Briyeq" (Bosniya və Hersoqovina)

Səpələnməmişlər

"Fram" (İslanidya), "Astana" (Qazaxıstan), "Vikinqur", "Torshavn", "Fulafyordur" (hamısı Farer adaları), "Derri", "Dandalk" (hər ikisi İrlandiya), "Vaasa" (Finlandiya), "Airbus", "Aberisvit" (hər ikisi Uels), "Kayrat" (Qazaxıstan), "Styarnan" (İslanidya), "Banqa", "Atlantas" (hər ikisi Litva), "Dauqava" (Riqa, Latviya), "Kalev", "Santos" (Estoniya), "Libertas" (San-Marino), "Kollec" (Cəbəllütariq), "Qlenavon" (Şimali İrlandiya), "Santa Koloma" (Andorra)

Qeyri-müəyyənlər

"Hoqesund" (Norveç), "Nomme Kalyu" (Estoniya), "Dauqava" (Dauqavpils, Latviya), "Kukesi" (Albaniya), "Tiraspol" (Moldova), "Kruzaders" (Şimali İrlandiya), "Hibernian", "Slima" (hər ikisi Malta)

II təsnifat mərhələsi

Qeyri-müəyyənlər

"Molde" (Norveç), "Hayduk", "Riyeka" (həe ikisi Xorvatiya), AİK (İsveç), "Dinamo", "Şaxtyor", "Neman" (hamısı Belarus), "Koşitse" (Slovakiya), "Mlada Boleslav" (Çexiya), "Hapoel" (Beyer-Şeva, İsrail), "Zavişa" (Polşa), "Rovaniemi" (Finlandiya)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31