Fabreqas "Barselona"dan ayrılmaq istəmir

"Barselona" klubunun yarımmüdafiəçisi Sesk Fabreqas mövsümün sonunda komandadan ayrılacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. 

Qol.Az-ın "El Mundo Deportivo"ya istinadən verdiyi məlumata görə, ispaniyalı futbolçu Kataloniya təmsilçisindən ayrılmaq istəmədiyini deyib.

Təcrübəli futbolçu heç bir komandadan rəsmi təklif almadığını və yeni mövsümdən "Barselona"nı çalışdıracağı gözlənilən Luis Enrikenin oyun taktikasını çox bəyəndiyini vurğulayıb.

Qeyd edək ki, Fabreqas ilə İngiltərənin "Mançester Yunyated" və "Mançester Siti" klubları yaxından maraqlanır.   

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31