"Qalatasaray"lılara bəd xəbər

"Qalatasaray" Didye Droqbadan bəd xəbər alıb.   fanat.az xəbər verir ki, afrikalı ulduzun "Eskişəhərspor"la kubokun final matçında meydana çıxmayacağı müəyyənləşib. Müalicə üçün Qətərə yollanan Droqba hələ tam sağalmayıb və fiziki cəhətdən oynamağa hazır deyil. Bu səbəbdən azarkeşlər onu finalda görə bilməyəcəklər. 

Qeyd edək ki, 36 yaşlı ulduz bu mövsüm keçirdiyi 36 rəsmi oyunda 14 qola imza atıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31