Brendan Rodcers: "Mançester Siti" çempion olacaq"
6 May 2014 20:26 İdman"Liverpul"un baş məşqçisi Brendan Rodcers Premyer Liqada "Kristal Palas"la gözlənilməz bərabərlikdən (3:3) sonra açıqlama verib.
Qol.Az-ın məlumatına görə, çempionluq yolunda vacib iki xal itirən klubun baş məşqçisi bu mövsüm "Mançester Siti"nin birinci olacağını etiraf edib: "Bu oyunda qələbə qazanmalı idik. "Mançester Siti"nin qarşıda iki çətin matçı var. Ancaq onların bu görüşlər də qalib gələrək çempion olacağını düşünürəm".
Qeyd edək ki, bu heç-heçə ilə xallarını 81-ə "Liverpul" liderliyini qoruyub. Ancaq zirvənin sahibindən cəmi bir xal geridə qalan "Mançester Siti" "Liverpul"dan bir oyun az keçirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31