Mən varamsa, Ronaldo və Messi nəyə lazımdı?

PSJ-nin ulduzu Zlatan İbrahimoviç komandasının Ronaldo və Messi ilə maraqlanmasına  münasibət bildirib.  Publika.az xəbər verir ki, İbra PSJ-nin bu ulduzları almasına qarşı çıxıb: "İbrahimoviç varsa, Ronaldo və Messi nəyə lazımdı? Bizim güclü komandamız var. Ancaq bu o demək deyil ki, Fransa çempionatında oynamaq asandı. Liqa-1-də çoxlu fantastik futbolçular və güclü komandalar var. "Marsel"i, "Lion"u, "Monako"nu qeyd edə bilərəm. Çempionatın səviyyəsi də artır. Hələ PSJ ilə 2 illik müqaviləm var. Karyeramı burda bitirmək istəyirəm".  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31