AFFA "Qəbələ" və "Neftçi"ni cəzalandırdı

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Qol.Az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, İK Azərbaycan Premyer Liqasının son turunda baş verən hadisələrlə bağlı müvafiq qərarları çıxarıb.

Topaz Premyer Liqasının XXXIII turunun "Neftçi" - "Qəbələ" matçının 90+3-cü dəqiqəsində "Qəbələ" klubunun 14 nömrəli futbolçusu Lorenzo Ebesilio idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.

Oyun 90-cı dəqiqəsində "Neftçi" klubunun azarkeşləri tərəfindən meydana kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimələnib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31