"Real" "Çelsi"yə "yox" dedi
5 May 2014 20:05 İdman"Çelsi" Loka Modriçi transfer etmək üçün "Real"la danışıqlara başlayıb. Qol.Az-ın goal.com-a istinadən yaydığı xəbərə görə, ancaq bu təklif "Kral klubu" tərəfindən müsbət cavablandırılmayıb. Joze Mourinyonun komandasında görmək istədiyi ilk futbolçulardan biri olan yarımmüdafiəçini "Real" satmağı planlaşdırmır.
Qeyd edək ki, L.Modriçi Madrid təmsilçisinə 2012-ci ildə həmin vaxt klubun baş məşqçisi olan J.Mourinyo transfer etmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31