Qvardiola "Bavariya"dan ayrıla bilər

"Bavariya" klubunun baş məşqçisi Pep Qvardiola mövsümün sonunda komandanı tərk edə bilər. Qol.Az-ın məlumatına görə, bu barədə ispaniyalı mütəxəssisin özü açıqlamasında deyib. "El Mundo Deportivo" qəzetinə danışan Qvardiola ölkə kubokunun finalından sonra rəhbərliklə görüşəcəyini və son qərarını verəcəyini bildirib: 

"Kubokun finalından sonra rəhbərliklə görüşəcəm. Geridə qalmaqda olan mövsümü müzakirə edəcəyik və klubun gələcəyi naminə ən düzgün qərarı verəcəyik. Əgər mövsüm ərzində titul qazana bilmirsənsə, karyeran təhlükə altına düşür. Ümumiyyətlə böyük klubların baş məşqçilərinin istefası hər zaman gündəmdə olur".

Qeyd edək ki, Qvardiola mövsümün əvvəlində "Bavariya"nın baş məşqçi vəzifəsinə gətirlib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31