Syomin: "Namizədliyimin “Spartak”da müzakirə olunması..."
5 May 2014 12:33 İdman"Qəbələ"nin çalışdırıcısı Yuri Syominin Moskva "Spartak"ının baş məşqçici vəzifəsinə namizəd olması yayılan xəbərlərə münasibət bildirib.
Qol.Az-ın məlumatına görə, Rusiyanın "Sport-ekpress" qəzetinə açıqlamasında təcrübəli mütəxəssis onun namizədliyinin "Spartak" kimi klubda müzakirə olunmasında məmnunluğunu ifadə edib.
"Spartak" böyük azarkeş ordusuna malik komandadır. Gələn mövsüm onlar ev oyunlarını öz stadionlarında keçirəcəklər" - deyən Syomin başqa açıqlama verməyib.
Moskva klubu isə baş məşqçi vəzifəsinə təyinatın nə vaxt olacağı haqda hələlik açıqlama verməkdən imtina edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31