Kalonas “Bakı”ya qayıdır

Litva millisinin futbolçusu Mindauqas Kalonas "Simurq"un düşərgəsini tərk edib. Apasport.az saytının məlumatına görə, Zaqatala təmsilçisində icarə əsasında çıxış edən futbolçu müqavilə ilə bağlı olduğu "Bakı"ya qayıtmağa yaxındır. Belə ki, Mindauqas Topaz Premyer Liqasının bu gün keçirilən XXXIII turunun "Bakı" - "Qarabağ" qarşılaşmasını stadiondan izləyir. Hücumçu qışda onu transferə çıxaran, ardınca isə icarəyə verən paytaxt təmsilçisinin matçı zamanı apasport.az-ın əməkdaşı ilə qısa söhbət də edib. 

Ölkəmizdə "Rəvan"da da oynamış Kalonas "Bakı"ya qayıtmaq arzusunu dilə gətirib. Onun mövsümlərarası fasilədə icarə müddəti başa çatdıqdan sonra yenidən "zolaqlılar"a qoşulacağı gözlənilir. Lakin Mindauqasın mövsümün son turunu "Simurq"a qayıdacağı inandırıcı deyil.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31