Eto’O-dan “Beşiktaş”a iki şərt: Çempionlar Liqası və kapitanlıq

"Beşiktaş"ın bu mövsüm transfer etmək istədiyi Samuel Eto'O-nun İstanbulu çox sevdiyi ortaya çıxıb. Apasport.az saytının məlumatına görə, kamerunlu ulduz onunla danışıqlar aparmaq üçün Londona gedən "Beşiktaş" prezidenti Fikrət Ormana tez-tez İstanbula gədiyini bildirib. 

Eto'O İstanbulun yaşamaq üçün çox gözəl şəhər olduğunu qeyd edib: "Bu şəhəri çox sevirəm. Yaşanılacaq şəhərdir. Tez-tez İstanbulda oluram. Başıma papaq qoyaraq küçəyə çıxanda, məni tanımırlar. Çünki o zaman bütün qara dərili insanlar eyni olur. Bəzən məni bənzədirlər, burnumun ucuna kimi gəlib "Bu Eto'O-durmu?" deyə soruşurlar. Sonra isə "Yox, onun burda nə işi var" deyib gedirlər".

Türkiyə mətbuatının yazdığına görə, Eto'O Fikrət Ormanla görüş zamanı iki şərt irəli sürüb. O, transfer olacağı komandanın mütləq Çempionlar Liqasında oynamalı olduğunu vurğulayıb. Digər şərti isə kapitan sarğısının ona verilməsidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31