Mureşan: "Rednik “Xəzər Lənkəran”a qayıtsa..."

"Mirça Rednikin Belçikanın "Gent" klubundan ayrıldığını bilirəm. Bu yaxınlarda onunla görüşmüşəm". Bunu apasport.az saytına "Xəzər Lənkəran"ın sabiq futbolçusu Andrey Mureşan deyib.

Rumıniyalı yarımmüdafiəçi bildirib ki, Mirça Rednikin cənub klubuna dönmək ehtimalından xəbərdardır: "Rednikin "Xəzər Lənkəran"a dönmək ehtimalı olduğundan xəbərim var. Amma Azərbaycana qayıdacağını dəqiq bilmirəm. Onunla görüş zamanı bu barədə çox söhbət etmədik".

Hazırda "Astra"da forma geyinən futbolçu vurğulayıb ki, özü də "Xəzər Lənkəran"a qayıtmaq istəyir: "Düzdü, "Astra" ilə müqaviləm var. Amma Rednik qayıtsa və məni də istəsə, burdakı məsələləri həll edib gələrəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31