Arda Turan "Qalatasaray"a bir milyon avro qazandırdı
2 May 2014 17:31 İdman"Atletiko"nun futbolçusu Arda Turan keçmiş klubu "Qalatasaray"a bir milyon avro qazandırıb.
Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, 2011-ci ildə "Cim-Bom"dan Madrid təmsilçisinə transfer olunan türk yarımmüdafiəçinin müqaviləsində qeyd edilib ki, İspaniya klubu Çempionlar Liqasında finala yüksələcəyi təqdirdə, "Qalatasaray"a bir milyon avro ödəməlidir. Sözləşmənin bu maddəsinə əsasən "Cim-Bom" da "Atletiko"nun uğurundan gəlir əldə etmiş olub.
Qeyd edək ki, Madrid təmsilçisi yarımfinal mərhələsində "Çelsi"ni mübarizədən kənarlaşdıraraq finala vəsiqə qazanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31