2016-cı il Amerika Kuboku ABŞ-da keçiriləcək

ABŞ tarixində ilk dəfə Amerika Kubokunun təşkilatçısı olacaq. Apasport.az saytının Cənubi Amerika Futbol Konfederasiyasının saytına istinadən məlumatına görə, 2016-cı ildə 100 illiyini qeyd edəcək Amerika Kubokunda 16 komanda iştirak edəcək.

Turnir 3-26 iyun tarixində keçiriləcək. Matçların baş tutacağı şəhərlərin adları sonradan elan ediləcək.

Şimali və Mərkəzi Amerika və Karib hövzəsi ölkələrini təmsil edən ABŞ və Meksika Cənubi Amerikanın 10 ölkəsi ilə bir yerdə çıxış edəcək: Argentina, Boliviya, Braziliya, Çili, Kolumbiya, Ekvador, Paraqvay, Peru, Uruqvay və Venesuela. Daha 4 komanda isə oyunların nəticəsinə uyğun olaraq turnirə dəvət ediləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31