UEFA-nın klub reytinqi: “Real” birinci, “Qalatasaray” 36-cı, “Qarabağ” 210-cu - SİYAHI
2 May 2014 12:33 İdman"Real Madrid" futbol klubu daha bir uğura imza atıb. Apasport.az saytının məlumatına görə, Madrid klubu uzun müddətdən sonra UEFA-nın klub reytinqində "Barselona"nı keçərək birinciliyə yüksəlib.
Çempionlar Liqasının ikinci finalçısı "Atletiko" yeddinci yerdədir. "Qalatasaray" klubu 36-cı yeri tutur.
Azərbaycan klublarından ən yaxşı göstərici "Qarabağ" klubuna məxsusdur. "Qarabağ" 453 komanda arasında 7.575 xalla 210-cu yerdədir. "Neftçi" isə 7.075 xalla 219-cudur.
1. "Real" - 159.371 xal
2. "Barselona" - 157.371 xal
3. "Bavariya" - 154.328 xal
4. "Çelsi" - 140.949 xal
5. "Mançester Yunayted" - 128.949 xal
6. "Benfika" - 126.949 xal
7. "Atletiko" - 119.371 xal
8. "Valensiya" - 113.371 xal
9. "Arsenal" - 112.949 xal
10. "Portu" - 105. 359 xal
36. "Qalatasaray" - 55.340 xal
210. "Qarabağ" - 7.575 xal
219. "Neftçi" - 7.075 xal