Dieqo Kosta: "Final möhtəşəm olacaq və mən qalib gəlmək istəyirəm"
1 May 2014 20:15 İdman"Atletiko Madrid"in hücumçusu Dieqo Kosta "Çelsi" üzərində qələbəni şərh edib. Apasport.az saytının məlumatına görə, londonluların qapısına ikinci qolun müəllifi olan futbolçu komandasının ilk dəqiqələrdən uğura inandığını bildirib.
Hücumçu qeyd edib ki, yüksək potensiala malik olduqlarını mövsüm ərzində tədricən dərk etməyə başlayıblar: "Mövsüm ərzində tədricən anlamağa başlayırdıq ki, "Atletiko" bu il çox şeyə nail ola bilər. Biz Çempionlar Liqasının finalına çıxa biləcəyimizə inanırdıq. Lissabonda final çox möhtəşəm olacaq. Mən bu oyunda qalib gəlmək istəyirəm".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31