Hazard: "Futbol komandası deyilik"

"Çelsi"nin futbolçusu Eden Hazard Çempionlar Liqasının yarımfinalında "Atletiko"ya məğlub olduqları oyundan (1:3) sonra maraqlı açıqlamalarla diqqət çəkib. Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, o, London təmsilçisinin futbol üçün yaradılan bir komanda olmadığını deyib: "Niyə uduzduğumuzu bilmirəm. Qol vurduqdan sonra üstünlük bizim tərəfimizdə idi. Bəlkə də daha çox fərqlənmək istədiyimiz üçün məğlub olduq. Futbol üçün qurulmuş komanda deyilik. Biz əks hücumlarla qələbə qazanırıq. "Atletiko"ya məğlubiyyət bizə dərs oldu".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31