Mourinyodan antirekord
1 May 2014 20:30 İdman"Çelsi" klubunun baş məşqçisi Joze Mourinyo antirekordla Çempionlar Liqasının tarixinə düşüb. Qol.Az-ın məlumatına görə, portuqaliyalı mütəxəssisin komandası ardıcıl 4 mövsümdür ki, yarımfinalda mübarizəni dayandırıb. Bu nəticə ilə Mourinyo Çempionlar Liqasında antirekorda imza atıb. Ardıcıl 3 mövsüm Madrid "Real"ı ilə yarımfinal səddini aşa bilməyən təcrübəli mütəxəssis bu uğursuzluğu dünən "Atletiko" (Madrid) klubu ilə görüşdə (1:3) də yaşayıb.
Qeyd edək ki, sonuncu dəfə 2009/2010 mövsümündə "İnter" klubunu finala yüksəldən Mourinyo həlledici matçda "Bavariya"ya 2:0 hesabı ilə qalib gəlməklə fəxri mükafata sahib çıxmışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31