"Fiorentina"nın futbolçusu "Barselona" yolunda

"Fioretina" klubunun yarımmüdafiəçisi Xuan Quadrado mövsümün sonunda komandasını dəyişə bilər. Qol.Az-ın "Sport.es"ə istinadən verdiyi məlumata görə, kolumbiyalı futbolçu ilə "Barselona" klubu yaxından maraqlanır. Kataloniya təmsilçisi 25 yaşlı futbolçunun keçidi üçün qarşı tərəfə 30 milyon avro ödəməyə hazırdır. "Fiorentina" rəhbərliyinin də bu təklifi müsbət qarşıladığı bildirilir.

Qeyd edək ki, 2012-ci ildən "Fiorentina"da çıxış edən Quadrado keçirdiyi 65 oyunda 14 qola imza atıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31