Çempionlar Liqası: "Çelsi" "Atletiko"ya qarşı

Madriddə keçirilən ilk oyunda qolsuz heç-heçə qeydə alındığından komandaların finala çıxmaq şansları eyni qiymətləndirilir

Bu gecə futbol üzrə Çempionlar Liqasında digər finalçının adı məlum olacaq. Yarımfinal mərhələsinin daha bir cavab qarşılaşması baş tutacaq. 

"Land of fire Azerbaijan" formalı "Atletiko" (Madrid) səfərdə "Çelsi"nin qonağı olacaq. 

Madriddə keçirilən ilk oyunda qolsuz heç-heçə qeydə alındığından komandaların finala çıxmaq şansları eyni qiymətləndirilir. 

Görüş Bakı vaxtı ilə 23:45-də başlayacaq. 

30 aprel

Çempionlar Liqası, yarımfinalın cavab oyunları 

23:45. "Çelsi" (İngiltərə) - "Atletiko" (Madrid, İspaniya) (İlk oyun - 0:0)

Xatırladaq ki, dünən "Bavariya" (Almaniya) öz meydanında "Real"a (Madrid, İspaniya) 0-4 hesabı ilə uduzub. Bununla da madridlilər finala adlayan ilk komanda olub. ans

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31