Kavani: "Mançester Yunayted"də oynamaq istəyirəm"

PSJ-nin futbolçusu Edinson Kavani oynamaq istədiyi klubun adını açıqlayıb. Qol.Az-ın Fransa mətbuatına istinadən verdiyi məlumata görə, uruqvaylı hücumçu "Mançester Yunayted"ə getmək istədiyini deyib: "Premyer Liqa oyun üslubuma uyğundur. "Mançester Siti" və "Çelsi" mənimlə yaxından maraqlanır. Ancaq mən "Mançester Yunayted"in şərəfini qorumaq istəyirəm".

Qeyd edək ki, ötən il "Napoli"dən Paris təmsilçisinə transfer olunan Kavaninin cari mövsüm başa çatdıqdan sonra klubdan ayrılacağı iddia edilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31