Benzema: "Finalda "Çelsi" ilə qarşılaşmaq istərdim"
30 Aprel 2014 19:24 İdman"Real" (Madrid) klubunun hücumçusu Kərim Benzema Çempionlar Liqasının finalında görmək istədiyi komandanın adını açıqlayıb.
Qol.Az-ın məlumatına görə, "Marca" qəzetinə danışan fransız futbolçu finalda "Çelsi" ilə qarşılaşmaq istədiyini bildirib:
"Çelsi" - "Atletiko" matçını izləmək ehtimalım var. Ancaq izləməsəm belə, nəticəni yüz faiz öyrənəcəm. Şəxsən mən finalda "Çelsi" ilə qarşılaşmağımızı istərdim".
Qeyd edək ki, "Çelsi" - "Atletiko" oyunu bu axşam, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. Bu komandalar arasında baş tutan ilk oyunda hesab açılmamışdı - 0:0.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31