Venqerdən Özilə tərif: "Hər gün daha yaxşı oynayır"

"Arsenal" futbol klubunun baş məşqçisi Arsen Venqer Almaniya yığmasının türk əsilli futbolçusu Məsut Özilin oyunundan razıdır. Apasport.az saytının məlumatına görə, fransalı mütəxəssis futbolçunun İngiltərə Premyer Liqasına adaptasiyasının başa çatmaq üzrə olduğunu düşünür.

"Arsenal" çempionatın 36-cı turunda "Nyukasl" üzərində 3:0 hesablı qələbə qazanıb. Qollardan birini Özil vurub. Bundan əlavə, yarımmüdafiəçi hesabına məhsuldar ötürmə də yazıb. Bu qələbə "Arsenal"a dördüncü yerdə möhkəmlənməyə imkan verib.

Venqer Özilin hər ötən gün daha yaxşı oynadığını bəyan edib: "O, zədədən sonra dincələrək, yenilənib. Bu onun İngiltərədə birinci mövsümüdür. Yeni il ərəfəsində ona çox çətin idi. İndi isə ona sürət və düşüncə qayıdıb. Mən həmişə demişəm ki, İngiltərədə adaptasiyaya bir mövsüm tələb olunur. "Nyukasl"la görüşdə çox gözəl ötürmələr edərək, əla oyun göstərirdi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31