Ançelotti rekorda şərik çıxdı
30 Aprel 2014 12:17 İdmanİspaniyanın "Real" klubunun baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının tarixinə düşüb. Apasport.az saytının məlumatına görə, italiyalı mütəxəssis komandası ilə birlikdə 4-cü dəfə turnirin finalına yüksəlməyi bacarıb.
Bu isə turnirin rekordudur. Ançelottiyədək yalnız 3 mütəxəssis finala 4 dəfə yüksəlmişdi. Bunlar Migel Munyos (1960, 1962, 1964, 1966), Marçello Lippi (1996, 1997, 1998, 2003) və Aleks Ferqyusondur (1999, 2008, 2009, 2011).
Əvvəlki 3 finalını "Milan"la yaşayan Ançelotti 2003 və 2007-ci illərdə kuboku qazanıb, 2005-ci ildə isə uduzub. Digər rekordçulardan Munyosla Ferqyuson hərəsinin 2 qələbə və 2 məğlubiyyəti, Lippinin 1 zəfəri və 3 yenilgisi var.
Qeyd edək ki, Ançelottinin rəhbərlik etdiyi "Real" Almaniya "Bavariya"sını evdə 1, səfərdə 4 cavabsız qolla məğlub edib.