Ançelotti "Bavariya"ya məğlub olmayıb

"Real"ın baş məşqçisi Karlo Ançelotti indiyə kimi "Bavariya"ya qarşı oynadığı heç bir matçda məğlub olmayıb. Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, təcrübəli mütəxəssis indiyə kimi Münhen təmsilçisi ilə yeddi dəfə qarşılaşıb. 2002/2003 mövsümündə təcrübəli çalışdırıcısı "Milan"la ÇL-də iki dəfə "Bavariya"nı məğlub edib. Üç mövsüm sonra  Ançelotti  İtaliya təmsilçisi ilə bundesliqa klubuna öz meydanında 4:1 hesabı ilə qalib gəlib, səfərdə isə bərabərə (1:1) qalıb. 2006/2007 mövsümündə "Milan"la Ançelotti yenidən ÇL-in yarımfinal mərhələsində Almaniya klubunu hər iki görüşdə məğlub edib. 

Ançelotti son olaraq "Real"la "Bavariya"ya qalib (1:0) gəlməyi bacarıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31