Arteta: "Özil "Arsenal" üçün vacib oyunçudur"
29 Aprel 2014 20:41 İdman"Arsenal" klubunun yarımmüdafiəçisi Mikel Arteta komanda yoldaşı Məsut Özil haqda xoş sözlər deyib. Qol.Az-ın məlumatına görə, "Sky Sports"a danışan Arteta Özilin "Arsenal" üçün vacib futbolçu olduğunu bildirib: "Özil "Arsenal" üçün vacib futbolçudur. Təəssüf ki, bu mövsüm zədələr ona oynamağa imkan vermədi. Lakin artıq Məsut zədəsini sağaldıb və əvvəlki formasını bərpa edir".
Qeyd edək ki, "Nyukasl"la Premyer Liqa görüşündə (3:0) komandasının ikinci qolunu vuran Özil bir məhsuldar ötürmə ilə yadda qalmışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31