Alveş: "Yediyim banan məni daha da gücləndirdi"

"Barselona" klubunun müdafiəçisi Daniel Alveş "Vilyareal"la La Liqa görüşündə ona atılan bananı yeməsinə münasibət bildirib. Qol.Az-ın məlumatına görə, "sport.es"ə danışan braziliyalı futbolçu yediyi bananın ona əlavə güc verdiyini deyib:

"Yediyim banan məni daha da gücləndirdi. Çünki "Barselona" bundan sonra nəinki hesabı bərabərləşdirdi, hətta qələbə qolunu da vurdu".

Qeyd edək ki, "Vilyareal" - "Barselona" oyunu 2:3 hesabı ilə qonaqların xeyrinə başa çatıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31