Azərbaycan idmançısının Olimpiadada final həyəcanı

Bu gün XXX Yay Olimpiya Oyunlarında Azərbaycan milli komandasına ikinci medalı qazandırmaq gücündə olan akademik avarçəkənimiz Aleksandr Aleksandrov final mərhələsində mübarizə aparacaq.Apasport.az saytının məlumatına görə, 1 nəfərlik qayıqla (M1X) çıxış edən idmançımız 1 yürüş zolağında gücünü yoxlayacaq.2000 m məsafəyə yürüşdə 22 yaşlı təmsilçimizin rəqibləri Lassi Karonen (İsveç), Ondrej Sinek (Çexiya), Mahe Dirsdal (Yeni Zelandiya), Alan Kampbell (Böyük Britaniya) və Marsel Haker (Almaniya) olacaqlar. Aleksandrov start xəttinə Bakı vaxtı ilə saat 16:30-da çıxacaq.Qeyd edək ki, Londona 53 idmançı ilə yollanan millimizin heyətində hələlik ağırlıqqaldıranımız Valentin Xristov (56 kq) bürünc medal qazanıb

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31