Türkiyə klubları üçün uğursuz gecə...
Dünən futbol üzrə UEFA Avropa Liqasında 3-cü təsnifat mərhələsinin ilk oyunları keçirilib
3 Avqust 2012 10:23 İdmanQitənin nüfuzuna görə ikinci dərəcəli klub turnirinin pley-off mərhələsinə vəsiqə uğrunda 58 klub mübarizə aparır.Onlar növbəti mərhələyə 29 vəsiqənin taleyinə aydınlıq gətirməlidilər. Qeyd edək ki, Azərbaycan bu turnirə 3 klubla start versə də, artıq onların hamısı mübarizəni dayandırıb. "Bakı" Avroliqanı ilk, "İnter"lə "Xəzər Lənkəran" isə ikinci təsnifat mərhələsində tərk etdi.Bu mərhələdə çıxış edən qardaş Türkiyə klubları da uğursuz oyunla yadda qalıblar. "Bursaspor" məğlub olduğu halda, "Eskişehirspor" da evdə heç-heçə ilə kifayətlənib.Avroliqada üçüncü təsnifat mərhələsinin cavab görüşləri bir həftə sonra - avqustun 9-da keçiriləcək.
Avropa Liqası
3-cü təsnifat mərhələsi (ilk oyunlar)
2 avqust
Anji (Rusiya) - Vitesse (Hollandiya) - 2:0 (0:0)
Kuopio (Finlandiya) - Bursaspor (Türkiyə) - 1:0 (0:0)
Arsenal (Kiyev, Ukrayna) - Mura (Sloveniya) - 3:0 (1:0)
Dila Gori (Gürcüstan) - Anorthosis (Kipr) - 0:1 (0:0)
Bnei Yehuda (İsrail) - PAOK (Yunanıstan) - 0:2 (0:0)
Ruch (Polşa) - Viktoria (Çexiya) - 0:2 (0:0)
Tromse (Norveç) - Metallurg (Donetsk, Ukrayna) - 1:1 (1:0)
Ried (Avstriya) - Legia (Polşa) - 2:1 (0:0)
AIK (İsveç) - Lech (Polşa) - 3:0 (0:0)
Kalmar (İsveç) - Young Boys (İsveçrə) - 1:0 (1:0)
APOEL (Kipr) - Aalesund (Norveç) - 2:1 (1:1)
Heerenveen (Hollandiya) - Rapid (Buxarest, Rumıniya) - 4:0 (1:0)
Twente (Hollandiya) - Mlada Boleslav (Çexiya) - 2:0 (0:0)
Servette (İsveçrə) - Rosenborg (Norveç) - 1:1 (0:0)
Steaua (Buxarest, Rumıniya) - Spartak (Trnava, Slovakiya) - 0:1 (0:1)
Genk (Belçika) - Aktobe (Qazaxıstan) - 2:1 (2:1)
Gomel (Belarus) - Liverpool (İngiltərə) - 0:1 (0:0)
Asteras (Yunanıstan) - Maritimo (Portuqaliya) - 1:1 (0:0)
Horsens (Danimarka) - Elfsborg (İsveç) - 1:1 (0:0)
Videoton (Macarıstan) - Gent (Belçika) - 1:0 (0:0)
Crvena Zvezda (Serbiya) - Omonia (Kipr) - 0:0 (0:0)
Hajduk (Xorvatiya) - Inter (İtaliya) - 0:3 (0:2)
Eskişehirspor (Türkiyə) - Olympique (Marsel, Fransa) - 1:1 (0:0)
Dundee United (Şotlandiya) - Dinamo (Moskva, Rusiya) - 2:2 (1:0)
St Patrick's (İrlandiya) - Hannover (Almaniya) - 0:3 (0:1)
Sarajevo (Bosniya) - Zeta (Monteneqro) - 2:1 (2:1)
Vojvodina (Serbiya) - Rapid (Vyana, Avstriya) - 2:1 (0:0)
Athletic (İspaniya) - Slaven (Xorvatiya) - 3:1 (2:1)
Admira Wacker (Avstriya) - Sparta (Çexiya) - 0:2 (0:1)
Azerisport.az