Boksçumuzun Olimpiadadakı qələbəsi əlindən alındı
Məhəmməd Əbdülhəmidovun nəticəsi ləğv edilib
2 Avqust 2012 13:09 İdman30-cu Yay Olimpia oyunlarında mübarizə aparan Azərbaycan boksçusu Məhəmməd Əbdülhəmidovun (56 kq) qələbəsi əlindən alındı. Xarici mətbuatın verdiyi məlumata görə, təmsiliçimiz Olimipadanın 1/8 final mərhələsində yaponiyalı Şakozi Şimizuya qalib gəlsə də, rəqib döyüşdən sonra şikayət edib. Yaponiyalı boksçu 17-22 məğlub olduğu görüşdə rəqibinin ona nokdauna düşdükdən sonra zərbə endirdiyini iddia edir.Nə qədər qəribə olsa da, Hakimlər Kollegiyası yapon boksçunun iddiasını təmin edərək qələbəni ona verib. Artıq Azərbaycan təmsilçisinin qələbəsinin əlindən alınması haqda məlumat AİBA-nın rəsmi saytında yerləşdirilib. Səbəb kimi isə boksçumuzun 3-cü raunda 6 dəfə yerə yıxılması göstərilib.AİBA-nın qaydalarına görə isə bu zaman boksçuya məğlubiyyət verilməlidir. Bununla da, boksçumuz Olimpiadada çıxışını başa vurub