Britaniya çempionunun şortikini oğurladılar...
2 Avqust 2012 11:08 İdman. Populyar olmaq və müntəzəm fanatlar ordusunun diqqətini öz üzərində hiss etmək ilk baxışdan olduğu kimi o qədər də cəlbedici deyil. Buna növbəti sübut kimi Britaniya Olimpiya yığmasının üzvü və məhşur velosipedçi Bredli Uiqqinsın başına gələn əhvalatı göstərmək olar. Bir qədər əvvəl Twitterdə belə bir xəbər yayılıb ki, idmançının şortiki azarkeşin güdazına gəlib. "Oğurluq" həftənin ikinci günü otellərdən birində idmançı saunada olarkən baş verib . Görünür velosipedçinin fanatlarından biri, Tur De Frans qalibi öz kumirinin hər hansı bir əşyasını əldə etməkdən özünü saxlaya bilməyib. Əvvəlcə təəccüblənən Bredli öz Twitterində oğruya çağırış yazsa da sonradan həmin çağırışı səhifədən çıxarıb. Səbəbini də belə izah edib ki, şortik azarkeş azarkeşlə münasibəti korlamaq üçün səbəb ola bilməz.Qeyd edək ki, insident idmançının əhval-ruhiyyəsinə qətiyyən təsir etməyib. Dünən idmançı şosse yürüşündə olimpianın qızıl medalını qazanıb.