London-2012 Azərbaycanın daha 2 boksçusu Olimpiadanın 1/4 finalına vəsiqə qazanıb
2 Avqust 2012 07:08 İdman
Dünən London Yay Olimpiadasında boks üzrə 1/8 final mərhələsinin görüşləri keçirilib.Ilk olaraq rinqə 56 kq çəki dərəcəsində mübarizə aparan Məhəmməd Əbdülhəmidov çıxıb.Onun rəqibi Yaponiyalı Satoşi Şimizu olub. Görüşün ilk raundunda boksçumuz üstün olub - 4:2. İkinci raundda da Əbdülhəmidov qalib gəlib - 8:3. Şimizunun üçüncü raunddakı 12:10 hesablı qələbəsi Əbdülhəmidovun 22:17 hesablı zəfərinə mane olmayıb və beləcə boksçumuz 1/4 finala çıxıb.Sonra isə 91 kq-dək çəkidə Teymur Məmmədov Avstraliya təmsilçisi Cey Tapu Opetaya ilə görüşüb. Bu görüşün ilk raundu heç-heçə ilə bitib - 5:5. İkinci raundda da bərabərlik qeydə alınıb - 4:4. Nəhayət, son raundda çətinliklə də olsa, boksçumuz qalib gəlməyi bacarıb - 3:2 - və 1/4 finala vəsiqə qazanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31