London Olimpiadasının eybecər qülləsi

Bu günlərdə London sakinkləri və şəhərə gələn qonaqları məxsusi olaraq Yay Olimpiya oyunları üçün tikilmiş "Orbit Tauer"qülləsi cəlb edib. Qüllə ilk növbədə şəhər meqapolisinə açılan gözəl görünüşü ilə diqqəti cəlb edir. Hər şeydən əvvəl isə olimpiya kəndinə və onun idman obyektlərinə açılır. Yerli londonlular bu qənaətdədirlər ki, arxitektura baxımından mübahisəli olan bu qüllə şəhərin görkəmini korlayır. Və hazırda qüllə Londonun ən eybəcər arxitekruta abidəsi adını almağa namizəddir. Özünün qeyri-adi ölçüsünə görə bu qüllə hətta "Azadlıq" abidəsindən də hündürdür. Abidə inşa olunanda hamı onu olimpiya məşəlinin kasası kimi qəbul edib. Sonradan isə bu fikirlərində yanıldıqlarını biliblər. Qüllənin ən yuxarı mərtəbəsinə liftlə 35 saniuyəyə qalxmaq olur. 35 mərtəbəli qüllənin hündürlüyü isə 111 metrdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31