Atıcımız Olimpiadada mübarizəni dayandırdı

Bu gün Azərbaycanın London Yay Olimpiadasındakı yeganə güllə atıcısı olan İradə Aşumova növbəti sınağına çıxıb. Apasport xəbər verir ki, İradə Aşumova London Olimpiadası ilə vidalaşdı. Azerisport.az xəbər verir ki, o, pnevmatik silahdan güllə atıcılığı üzrə 25 metr məsafəyə yarışlarda qüvvəsini sınayır.Qeyd edək ki, idmançımız təsnifat mərhələsini ilk səkkizlikdə qapamalıdır. Onun ilk hədəfdə topladığı xal 97 olur. İkinci hədəfdə isə Aşumova 96 xal toplayır. Son hədəfdən isə 94 xalla ayrılır. Beləliklə, idmançımız ümumilikdə 287 xalla 13-cü sıranı tutur.Qeyd edək ki, Aşumova artıq London Olimpiadasında ilk sınağını verib. Amma təəssüf ki, o, 10 metr məsafəyə yarışlarda finala çıxa bilməmişdi.

XXX London Yay Olimpiadasının 10 metr məsafəyə atəşaçma yarışlarında uğursuz çıxış edən güllə atıcımız İradə Aşumova bu gün növbəti sınağına çıxacaq.

Qol.Az-ın məlumatına görə, "Afina-2004" olimpiadasının bürünc mükafatçısı ikinci cəhdində 25 m məsafədən dəqiqliyini yoxlayacaq.Finala vəsiqə uğrunda 74 snayper mübarizə aparacaq ki, onlar da 2 qrupa bölünəcəklər. Birinci qrupda yarışacaq İ.Aşumova final mərhələsinə yüksəlmək üçün ilk "8"likdə yer almalıdır. Həmin yarışa Bakı vaxtı ilə saat 13:00-da start veriləcək.

Qeyd edək ki, final mərhələsi isə saat 19:30-da başlayacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31