Avarçəkənimiz Olimpiadanın finalında!
1 Avqust 2012 16:56 İdmanBu gün 2012-ci il London Yay Olimpiya Oyunları çərçivəsində keçirilən akademik avarçəkmə yarışlarında 2000 metr məsafəyə yarımfinal yürüşləri baş tutub.Azerisport.az xəbər verir ki, Azərbaycan təmsilçisi Aleksandr Aleksandrov da finala çıxmaq üçün qüvvəsini sınayıb.Aleksandrov start xəttinə Bakı vaxtı ilə saat 15:30-da çıxıb. Kişilər arasında 1 nəfərlik qayıqla (M1X) çıxış edən avarçəkənimiz finala vəsiqə uğrunda çinli Lianq Janq, argentinalı Santyaqo Fernandes, çexiyalı Ondrey Sinek, britaniyalı Alan Kempbel və belçikalı Tim Meyenslə mübarizə aparıb. Sevindirici haldır ki, Aleksandrov bu dəfə də üçüncü olmağı, ən əsası isə finala çıxmağı bacarıb.Final yürüşü avqustun 3-də keçiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31