Böyük Britaniya futbolda Braziliyanı keçdi

XXX London Yay Olimpiadasında qadın futbolçulardan ibarət milli komandaların mübarizəsində qrup mərhələsinə yekun vurulub.
Qol.Az-ın məlumatına görə, son oyun günündə daha 6 qarşılaşma baş tutub.E qrupunda meydan sahibi, Böyük Britaniya millisi Braziliya yığmasını 1:0 hesabı ilə məğlub edib. Yeni Zellandiya millisi isə Kamerundan üstün olub - 3:1.

F qrupunda üz-üzə gələn Kanada və İsveç yığmalarının görüşündə qalib müəyyənləşməyib - 2:2. Qrupun digər görüşü - Yaponiya - CAR matçında isə hesab açılmayıb - 0:0.

G qrupunda Fransa Kolumbiyanı tək qolla keçib - 1:0. ABŞ - Şimali Koreya oyununda da eyni hesab qeydə alınıb. Amerika təmsilçisi rəqibini 1:0 hesabı ilə məğlub edib.

E qrupu

Böyük Britaniya - Braziliya - 1:0

Yeni Zellandiya - Kamerun - 3:1

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31