Olimpiya çempionu medalını sındırdı (FOTO)
Braziliyalı cüdoçu Felipe Kitadai yeni medal tələb edi
31 İyul 2012 12:46 İdmanLondon Olimpiadasının qalibi öz medalını salıb sındırıb.Brazilyalı cüdoçu Felipe Kitadainin bürünc medalı qırılıb.Məlumata görə, 60 kq çəki dərəcəsində yarışan və 3-cü yerə çıxan Kitadai medalının boynundan heç çıxarmayıb. Ancaq duşa girərkən onun islanmaması üçün medalı çıxarmaq istəyib. Bu zaman Olimpiya mükafatı onun əlindən sürüşərək yerə düşüb. Nəticədə medalın lent taxılan halqası sınıb. Bundan əlavə onun üzərində çat yaranıb.İdmançının sözlərinə görə, artıq onu boyuna taxmaq mümkün deyil. Kitadai Beynəlxalq Olimpiya Komitəsinə müraciətlə yeni medal istədiyini deyib.Ans
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31