Ərəb dzyüdoçusu hicabda yarışacaq
31 İyul 2012 11:19 İdmanSəudiyyə Ərəbistanından olan Voydan Şaxerkana London Olimpiadasında hicabda çıxış etməyə icazə verilib.Qeyd edək ki,bundan əvvəl Beynəlxalq Dzyüdo Federasiyasında yarıçlar zamanı ənənə islam geyimi olan baş örtüyündə çıxış etmək əleyhinə çıxışlar olmuşdu.Məmurlar bunu baş örtüyünün yarış iştirakçısına təhlükə yarada biləcəyi ilə izah edirdilər. Nəticədə tərəflər razılığa gəldilər və idmançıya tatami üzərinə hicabda çıxmağa icazə verdilər. Xatırladaq ki,ötən şənbə ərəb idmançı yarış zamanı hicab geyinməsinə qadağa qoyulacağı təqdirdə olimpiya oyunlarında iştirak etməyəcəyini bildirmişdi. "Olaylar"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31