Daha bir boksçumuz Olimpiadadan kənarda qaldı
Vətən Hüseynli rəqibini nokdauna salsa da, bu, xal sayında geri qalan boksçumuza kifayət etməyib
31 İyul 2012 07:14 İdmanLondonda keçirilən XXX yay Olimpiya oyunlarında millimizin daha bir üzvü ümidləri doğrultmayıb. Mübarizəyə 1/16 final mərhələsindən başlayan boksçumuz Vətən Hüseynli (81 kiloqram) ekvadorlu Karlos Qonqoru Merkado ilə qarşılaşıb.İlk raundda qapalı döyüşə üstünlük verən təmsilçimiz yekunda rəqibinə uduzub - 2:4. İkinci hissə də Merkadonun üstünlüyü şəraitində keçib. Dəqiq zərbələr vuran Ekvador təmsilçisi bu dəfə fərqi 3 xala çatdırıb - 7:4.Üçüncü raundda isə Vətən öz döyüşünü tapıb. O, rəqibini nokdauna salsa da, bu yalnız xal fərqinin azalması ilə nəticələnib. Yekunda Karlos 9:8 hesabı ilə alib gəlib və Hüseynli Olimpiada ilə vaxtından əvvəl vidalaşıb.