Atletimiz Olimpiya medalını qazana bilmədi
Boyanka Kostova Olimpiadanı 5-ci pillədə bitirib
30 İyul 2012 23:06 İdmanAzərbaycan ağırlıqqaldıranı Boyanka Kostova (58 kq) London Olimpiadasında mübarizəni davam etdirir. ANS PRESS-in məlumatına görə, atletimizin təkanla qaldırmada ilk cəhdi uğursuz olub. Lakin Kostovanın ikinci cəhdi uğurlu alınıb. Belə ki, o bu dəfə 124 kq sifariş edib və bunun öhdəsindən gələ bilib.Üçüncü cəhddə də Kostova uğur qazanıb. O, 128 kq çəkini sifariş edib və qaldırıb. İdmançımız yarışı 233 kq nəticə ilə bitirsə də, rəqiblərinin çıxışlarını davam etdirməsi Kostovanın xeyrinə olmayıb. Nəticədə atletimiz Olimpiadanı 5-ci pillədə bitirib. Olimpiya medalını qazanmaq üçün atletimizə 2 kq çatmayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31