Bu gün Olimpiya oyunları-2012-nin açılış mərasimi keçiriləcək

Mərasimdə Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva da iştirak edəcəklər

Bu gün Londonda XXX yay Olimpiadasının rəsmi açılış mərasimi keçiriləcək. Mərasimdə Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva da iştirak edəcəklər.Hər Olimpiya oyunlarının təşkilatçıları özlərindən əvvəlkiləri qabaqlamağa çalışırlar. Britaniyalıların bunu edə bilib-bilməyəcəyi bu axşam məlum olacaq. Açılış mərasiminin ssenarisi gizli saxlanılır. Baxmayaraq ki, mətbuata bəzi məlumatlar sızır. Belə ki, mərasimdə əvsanəvi Pol Makkartninin səhnə alacağı və "The Beatles" qrupunun hiti olan "Hey Jude"ni ifadə edəcəyi məlumdur.Ən məşhur ingilis futbolçu Devid Bekhem deyib ki, açılış mərasimində ona da rol verilib. O, bu rolun nədən ibarət olduğunu açıqlamayıb.Açılış mərasiminin büdcəsi 27 milyon funta yaxındır. Şouya rejissor Denni Boyl quruluş verib

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31