Zlatan İbarahimoviç üçün 171 milyon avrodan keçiblər
26 İyul 2012 18:09 İdmanParisin "PSJ" klubuna 23 milyon avroya keçidi reallaşdırılan Zlatan İbarahimoviç transferinə ən çox pul xərclənən futbolçu olub. Siasport.az saytının Fransa mətbuatına istinadən verdiyi məlumata görə, isveçli futbolçunu heyətinə qatmaq istəyən komandalar ümumilikdə 171.1 milyon avrodan keçməli olub.Məlumat üçün bildirək ki, "Ayaks" klubundan "Yuventus"a 16 milyon avroya transfer olunan hücumçu bir çox komandalarda forma geyib. Turin klubundan "İnter"ə keçən hücumçunun keçidini reallaşdırmaq üçün "Milan" klubuna 24.8 milyona başa gəlib. Ən bahalı transferi isə "Barselona"ya keçərkən olub. Katalan klubu ulduz futbolçunu transfer etmək üçün futbolçu Eto və 69.5 milyon avrosundan keçməli olub. Yenidən İtaliyaya qayıdan İbrahimoviç bu dəfə "Milan"a transfer olunub.. İspan klubu onun qarşılığında italiyanlardan 24 milyon avro qazanıb. Beləliklə də Zlatan İbrahimoviç transfer rekorduna görə Anelkani da geridə qoyub.