Sumoçularımız Dünya kuboku uğrunda yarışacaqlar
Yarışlar Misirdə keçiriləcək
26 İyul 2012 14:54 İdmanSumo üzrə Azərbaycan yığması Misirin Şarm El Şeyx şəhərində təşkil olunacaq Dünya kubokuna yollanacaq. Dünya kubokunda ölkəmizi yeniyetmələr arasında Avropa çempionu Namik Sadıqov və Məhəmməd Hüseynzadə, kişilər arasında 115 kq çəkidə Avropa çempionu Zaur Bağırov təmsil edəcək. Qadınların mübarizəsində isə Azərbaycan adına yeganə xanım idmançı 80 kq çəki dərəcəsində qüvvəsini sınayan Yuliya Tarasova mübarizə aparacaq. Yığma komandamız isə turnirə Eyyub Əzimovun rəhbərliyi altında yollanacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31