Olimpiadanın ilk sensasiyası

Rəsmi açılış mərasimi sabah olacaq XXX London Yay Olimpiya Oyunlarının startı verilib.Apasport.az saytının məlumatına görə, olimpiyaçıların mübarizəsinə ilk olaraq qadın futbolçular başlayıblar.Belə ki, Olimpiya proqramında olan futbol turnirinin oyunları açılış mərasimindən 2 gün öncə start götürüb. Turnirin birinci günündə 6 matç baş tutub. Bu qarşılaşmaların 5-də gözlənilən hesablar qeydə alınsa da, Kolumbiya - Şimali Koreya görüşü sensasiya ilə başa çatıb. Asiyalılar yarışın favoritini 2:0 hesabı ilə məğlub ediblər.

E qrupu

20:00. Böyük Britaniya - Yeni Zelandiya - 1:0
22:45. Kamerun - Braziliya - 0:5

F qrupu

21:00. Yaponiya - Kanada - 2:1
23:45. İsveç - Cənubi Afrika Respublikası - 4:1

G qrupu

21:00. ABŞ - Fransa - 4:2
23:45. Kolumbiya - Şimali Koreya - 0:2 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31