London Olimpiadasında bayraq qalmaqalı
Şimali Koreyalı qadın futbolçular Cənubi Koreya bayrağı altında təqdim olunub
26 İyul 2012 11:29 İdmanDünən başlayan 2012-ci il London Yay Olimpiyasının futbol üzrə ilk oyunu bayraq qalmaqalı ilə yadda qalıb. Belə ki, Şimali Koreyanın futbol üzrə qadınlardan ibarət yığması matçın başlamasına bir neçə dəqiqə qalmış meydançanı tərk edib. Qadın futbolçuların etirazına arenanın lövhəsində Şimali Koreya futbolçularının şəkillərinin yanında Cənubi Koreya bayrağının göstərilməsi səbəb olub.Şimali Koreya və Kolumbiya yığmaları arasında matçın təşkilatçıları 40 dəqiqədən sonra, nəhayət ki, Şimali Koreyalı idmançıları meydançaya qayıtmağa razı sala biliblər.Qeyd edək ki, Şimali Koreya və Cənubi Koreya arasında münasibətlər 1953-cü ildə başa çatan müharibədən sonra gərgin olaraq qalır.