"Neftçi"nin Çempionlar Liqasında növbəti rəqibi müəyyənləşdi

Bu gün UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları keçirilir. Azerisport.az xəbər verir ki, səfərdə Gürcüstan çempionu "Zestafoni"nin qonağı olan "Neftçi"nin də növbəti rəqibi məhz bu gün bəlli oldu.Son Azərbaycan çempionu "Zestafoni" səddini keçəcəyi təqdirdə məhz "Hapoel" (İroni Kiryat Şmona, İsrail) - "Jilina" (Slovakiya) cütünü qalibi ilə qarşılaşacaq. Slovakiyada baş tutan ilk görüşdə meydan sahibləri 1:0 hesabı ilə qələbə qazanmışdı. İsrail təmsilçisi isə doğma meydanda həmin məğlubiyyətin əvəzini çıxmağa çalışırdı.Qeyd edək ki, "Neftçi" üçüncü təsnifat mərhələsinə yüksələcəyi təqdirdə ilk matçını 31 iyul-1 avqust tarixləri arasında səfərdə keçirəcək. Cavab görüşü isə bir həftə sonra Bakıda baş tutacaq.

24 iyul
Çempionlar Liqası
2-ci təsnifat mərhələsi (cavab oyunu)

HAPOEL (İroni Kiryat Şmona, İsrail) - JİLİNA (Slovakiya) - 2:0 (İlk oyun - 0:1)
Qollar: Abed, 71, Abihazira, 78.

Beləliklə, "Neftçi"nin rəqibi "Hapoel" (İroni Kiryat Şmona, İsrail) klubu oldu.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31