Çempionlar Liqası: Lüksemburq şok yaşatdı, Qafqazdan tək "Neftçi" qaldı

Çempionlar Liqasında II təsnifat mərhələsinin oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Qafqaz təmsilçilərindən yalnız "Neftçi" mübarizəni davam etdirir. Belə ki, onun mübarizədən kənarlaşdırdığı Gürcüstanın "Zestafoni" klubu ilə yanaşı, Ermənistan "Uliss"i də turnirdən kənarda qalıb.Ümumiyyətlə, postsovet məkanı təmsilçilərindən Azərbaycan çempionu ilə yanaşı, Moldovanın "Şerif", Litvanın "Ekranas" klubları mərhələ adlayıb. Ən böyük sensasiya isə "Düdelanj"ın növbəti mərhələ çıxmağı olub. Belə ki, "cırtdan ölkə"nin təmsilçisi Avropanın tanınmış klublarından olan Avstriyanın "Zalsburq" klubundan mübarizədən kənarlaşdırıb. Səfərdə 3:4 hesabı ilə uduzduğu oyunda 2 dəfə irəli çıxmağı bacaran lüksemburqlular rəqib meydanında vurduğu qol sayəsində istəyinə çatıb.

Çempionlar Liqası, II təsnifat mərhələsi
Cavab oyunları

"Zestafoni" (Gürcüstan) - "Neftçi" (AZƏRBAYCAN) - 2:2
İlk oyun - 0:3

"Makkabi" (Kiryat Şimona, İsrail) - "Jilina" (Slovakiya) - 2:0
İlk oyun - 0:1

"Partizan" (Serbiya) - "Valletta" (Malta) - 4:1
İlk oyun - 3:1

"Jelezniçar" (Bosniya və Herseqovina) - "Maribor" (Sloveniya) - 1:2
İlk oyun - 1:4

"Reykyavik" (İslandiya) - HİK (Finlandiya) - 1:2
İlk oyun - 0:7

"Bazel" (İsveçrə) - "Flora" (Estoniya) - 3:0
İlk oyun - 2:0

"Debretsen" (Macarıstan) - "Skenderbeu" (Albaniya) - 3:0
İlk oyun - 1:0

"Şerif" (Moldova) - "Uliss" (Ermənistan) - 1:0
İlk oyun - 0:0

"Ekranas" (Litva) - "Şemrok Rovers" (İrlandiya) - 2:1
İlk oyun - 1:0

"Ventspils" (Latviya) - "Mölde" (Norveç) - 1:1
İlk oyun - 0:3

"Zalsburq" (Avstriya) - "Düdelanj" (Lüksemburq) - 4:3
İlk oyun - 0:1

"Şaxtyor" (Qazaxıstan) - "Liberets" (Çexiya) - 1:0 (əlavə vaxtda - 1:1)
İlk oyun - 0:1

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31