Çempionlar Liqası: "Neftçi"nin Gürcüstan sərgüzəşti başlayır

Bu gün Çempionlar Liqasının II təsnifat mərhələsinin oyunlarına yekun vurulacaq.
Qol.Az-ın məlumatına görə, təmsilçimiz "Neftçi"nin oyunu ilə yanaşı, ÇL-də daha 11 görüş keçiriləcək.Bu axşam keçiriləcək oyunlardan sonra III təsnifat mərhələsinin bütün cütlükləri müəyyənləşəcək. Bu oyunlar arasında "Neftçi"nin potensial rəqibləri olan "İroni Kiryat" (İsrail) - "Jilina" (Slovakiya) görüşü də var.

Qeyd edək ki, III təsnifat mərhələsinin ilk oyunları 31 iyul - 1 avqust, cavab görüşləri isə 7-8 avqust aralığında keçiriləcək.

24 iyul

Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşü

18:00. "Şaxtyor" (Qazaxıstan) - "Slovan" (Çexiya) (İlk oyun - 0:1)

20:30. "Ventspils" (Latviya) - "Molde" (Norveç) (İlk oyun - 0:3)

21:30. "İroni Kiryat" (İsrail) - "Jilina" (Slovakiya) (İlk oyun - 0:1)

21:00. "Zalzburq" (Avstriya) - "Dudelanj" (Lüksemburq) (İlk oyun - 0:1)

22:00. "Şerif" (Moldova) - "Ulisses" (Ermənistan) (İlk oyun - 1:0)

22:00. "Zestafoni" (Gürcüstan) - "Neftçi" (AZƏRBAYCAN) (İlk oyun - 0:3)

22:00. "Ekranas" (Litva) - "Şamrok Rovers" (İrlandiya) (İlk oyun - 0:0)

23:00. "Bazel" (İsveçrə) - "Flora" (Estoniya) (İlk oyun - 2:0)

23:00. "Debrecen" (Macarıstan) - "Skenderbeu" (Albaniya) (İlk oyun - 0:1)

23:45. "Partizan" (Serbiya) - "Valletta" (Malta) (İlk oyun - 4:1)

00:00. "Zeljezniçar" (Bosniya və Herseqovina) - "Maribor" (Sloveniya) (İlk oyun - 1:4)

00:15. "Reykyavik" (İslandiya) - HJK (Finlandiya) (İlk oyun - 0:7)

25 iyul

22:15. "Helsinqborq" (İsveç) - TNS (Uels) (İlk oyun - 0:0)

23:00. "Vardar" (Makedoniya) - BATE (Belarus) (İlk oyun - 2:3)

23:45. "Slask" (Polşa) - "Buduçnost" (Monteneqro) (İlk oyun - 2:0)

23:45. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Ludoqorets" (Bolqarıstan) (İlk oyun - 1:1)

23:45. "Linfild" (Şimali İrlandiya) - "AEL Limassol" (Kipr) (İlk oyun - 0:3)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31