Arda Turan: "Türk azarkeşlərin futboldan anlayışı yoxdu"

"Atletiko" (Madrid) klubunun türkiyəli yarımmüdafiəçisi Arda Turan yenidən diqqət mərkəzinə düşüb. Qol.Az-ın məlumatına görə, İspaniya mətbuatına danışan Arda türkiyəli azarkeşlərlə ispaniyalı fanatlar arasında böyük fərqin olduğunu bildirib: "İspaniyalı azarkeşlər meydandakı mübarizənin fərqindədirlər və futbolu çox yaxşı bilirlər. Buraya gələrkən yaxşı oynayacağıma söz vermişdim. Sözümü də tutdum. Gündəmdə olmasam da, hər zaman yaxşı mübarizə apardım. Türkiyədə futbolu çox sevirlər. Ancaq türk azarkeşlərin futboldan anlayışları yoxdur. Bu baxımdan türkiyəli azarkeşlərlə ispaniyalı fanatlar arasında böyük fərq var". Qeyd edək ki, ötən mövsüm "Qalatasaray"dan "Atletiko"ya transfer olunan Arda yeni komandasının heyətində Avropa Liqasının qalibi olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31